Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qatarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə cevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordu ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi ugurlu zəfərlərdə sərkərdənində cox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateg nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə cevrildi.Sentyabrın 27-dən başlayan 44-gün davam edən və işgal altındakı ərazilərimizin azazd olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qurur mənbəyinə cevrildi. Preziden İlham Əliyev 17-ildə həyata kecirdiyi siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə cevirdi. Ərazi bütövlüyümüz bir mənalı olraq təsdiq edildi.

“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermenistanın hərbi koputilyasiyasına nail oduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdagından qurtara biləcək bir dövlətin – Azərbaycanın var oldugunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumrug kimi birləşərək təkçə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda ədalətin ərazi bütövlüyümüzün bərpası ugrunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpagında inləyən vətən torpaqlarını işgaldan azad etdi.44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq. “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi.Ordumuzun peşəkarlıgını, hərbiçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.Şuşanın götürülməsi cox böyük peşəkarlıq, cəsarət tələb edən əməlıyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki, bu əməliyyatı bizim qəhrəman hərbiçilərimiz dağlardan, meşələrdən, cığırlardan kecərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qaləbəmizdir”.

Bəli, Azərbaycan əsgəri əsil qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyətdə Ermənistanın qarşısında iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə kimi məhv ediləcəkdiç ya da “ağ bayraq” qaldırıb, biabırcı hərbi məglubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan”ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

 

30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!

8 noyabr 2020-ci il- Qarabağa qovuşduğumuz tarix...

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoyduğu gündür.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Daglıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarıilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.

Ərazi bütövlüyümüz təmin olundu, heç bir statusdan söhbət gedə bilməz.

Bəyanatda digər önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilmayindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam və şərsiz qələbəsinin əyani sübutudur. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı gorkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında”Biz Qarabağımıza qayıdacağıq Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O Ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcədə möhkəm iradəli xalqına inanaraq zəfər qazandı.Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular.

“Şuşasız Qarabağ Qarabağsız Azərbaycan yoxdur” –deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən “Şuşasız Qarabağ Qarabağsız Azərbaycan yoxdur”- deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

“Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim,onun ruhu qarşısında baş əydim.

Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyətini yerinə yetirdim.Şuşanı azad etdik.Bu böyük Qələbədir. Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır.Gözün aydın olsun Azərbaycan. Gözünüz aydın olsun dünya Azərbaycanlıları!”

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir Azərbaycanlıda böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı ədalət məsələsidir,Azərbaycanın milli qürur məsələsidir”-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. “Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümid bəsləyirəm”. Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlerin hər keçən gün öz təsdiqini tapdığının hər bir Azərbaycanlının Prezidenti olduğunun şahidi olur.

Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı işğalçı ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti siyasi iradəsi Güclü Ordumuz Rəşadətli əsgər və zabirlərimizdir.

 

Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı, 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kimə verən deyilik.

 

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

 

Alqayeva Simnarə

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi