Bu gün  hər birimiz  Azərbaycan  tarixinin ən qürurlu günlərini yaşayırıq. Düşmən tapdağında olan  torpaqlarımız cəmi 44 günə azad edildi, 30 illik işğala son qoyuldu. Bu şanlı qələbə Müzəffər Ali Baş Komandan  İlham Əliyevin  həm siyasi arenada,  həm də döyüş meydanında qətiyyəti,  Ordumuzun gücü və qəhrəman əsgər zabitlərimizin qanı,   misilsiz  şücaətləri nəticəsində əldə olundu. Ermənistan üzərində  əldə etdiyimiz bu Zəfərlə bütün  dünyada  qalib dövlət, qalib xalq kimi tanındıq. Bu  gün  xalqımız  8 noyabrı  Zəfər  Günü  kimi  təntənə ilə qeyd edir.

          Ali Baş Komandan İlham Əliyevin  “Qarabağ azərbaycandır və nida işarəsi” söylədiyi ifadəsi həyatda öz təsdiqini tapdı. “Dəmir yumruq” kimi birləşən  xalq-iqtidar birliyi mümkünsüzlüyü mümkün etdi.  Ölkə başçısı bu barədə deyib. “Əgər bu  birlik  olmasaydı, milli  həmrəylik olmasaydı, biz  heç vaxt  torpağımızı  işğalçılardan azad  edə bilməzdik. Bu illər ərzində  bizə qarşı  aparılan qara piyar kompaniyası, qarayaxma, şər-böhtan kompaniyasıının  da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən  uzaqlaşdırsınlar, biz  uzaqlaşsaq, daxili  problemlər içində  boğulaq və işğal edilmiş torpaqlar işğalçıların  əlində  əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

          Müzəffər  Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı. 44 gün davam  edən Vətən müharibəsində  döyüş meydanında  igid, qəhrəman Azərbaycan  əsgərlərinin qazandığı Zəfər diplomatiya meydanında da uğurlara çevrildi və sonda danışıqların şərtlərini   Azərbaycan tərəfi diktə etdi. Çoxlu sayda dünyanın ən nüfuzlu  televiziya  kanallarına və informasiya  agentliklərinə müsahibəsində  Azərbaycana  qarşı irəli  sürülən bütün  yalanları, yalan informasiyaları ifşa etdi. Məşhur xarici  jurnalistlərin suallarını tutarlı tarixi  faktlarla  cavablandıraraq  bütün  dünyaya  subut etdi ki, Qarabağ Azərbaycandır.

 44 günlük  hərbi döyüşlər nəticəsində  300-ə  yaxın  yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan,  Qubadlı  şəhərləri,  Hadrud qəsəbəsi,  Suqovuşan və digər ərazilərimiz döyüş  meydanında  azad edildi. Noyabrın 8-də  cənab Prezidentimiz,  Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini də  xalqımıza verdi. Bundan sonra Azərbaycan-Rusiya-Ermənistan  rəhbərlərinin imzaladıqları üçtərəfli  bəyanatla  Dağlıq Qarabağ  münaqişəsinə  son  qoyuldu. Əldə olunmuş razılşamaya əsasən,  1 dekabt 2020-ci  tarixinədək Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu.  Bununla da Azərbaycan   münaqişənin  hərbi yolla  həlli yoxdur deyən dünyanın bir sıra  ermənipərəst   dövlətlərinə sübut etdi ki,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsinin hərb və diplomatiya yolu ilə  həlli mümkündür.

İkinci Qarabağ müharibəsi bizim Şanlı tariximizdir.  Bu Qələbə tarixdə əbədi qalacaq. Vətən müharibəsində  qəhrəmancasına  döyüşmüş,  azərbaycan bayrağını işğaldan azad  olunmuş torpaqlarımızda  daığalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda  canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhid və qazilərimizə dərin ehtiram əlaməti olaraq Prezident ilham əliyev 27 sentyabr-Vətən müharibəsinin başladığı günün anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr  tarixində  sərəncam imzalamışdır. 

Bu addım  şəhidlərin ruhuna ehtiramın  göstəricisidir. Torpaq,  Vətən  uğrunda canların fəda etmiş qəhrəman oğullarımızın adları Azərbaycan  tarixinə qızıl hərflərlə həkk  oldu.  Nə qədər Müstəqil  Azərbaycan  var. Onların  əziz xatirələri  daim qəlblərdə yaşayacaq,  dərin hörmət, məhəbbət hissi ilə xatırlanacaq.

 

Türkan Hüseynova,

ADPU-nun nəzdində  Azərbaycan Dövlət Pedaqoji Kollecinin  pedaqogika-psixologiya kafedrasının müəllimi.