05.11.2021 tarixində ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Bir Könüllü dəstəyi ilə "Birlikdən Zəfər Doğar" adlı tədbir keçirilib.
Sərginin keçirilməsində məqsəd Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi idi.
Sərgidə ADPU-nun rektoru, professor C.Cəfərov, Yasamal rayonu Həmkarlarlar İttifaqının sədri R.İbrahimli, kollecin rəhbərliyi və müəllimlər, Qazi tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən qonaqlar tələbələrinin sərgidə nümayiş edilən əl işləri ilə tanış olublar.
Sərgidə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Azərbaycanın şanlı ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin 200 illik saxta tarixinə zərbə vurmasına, savaşın yeganə xanımın Arəstə Baxışovanın şəhidlik zirvəzisinə ucalmasına diqqət çəkdi.
ADPK-nın direktoru, dosent İsrayıl İsgəndərov öz çıxışında qeyd etdi ki, döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini və rəşadətli ordumuzun döyüş qabiliyyətini aydın gördü, qalib millətimiz Prezidentimizi necə dəstəklədiyini və onun ətrafında sıx birləşdiyini bir daha sübut etdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Tədbir Yasamal rayonu Həmkarlarlar İttifaqının sədri Rövşən İbrahimlinin çıxışı və ADPK-nın Qazi tələbələrindən Z.Fərəczadə, R.Aslanov, X.Əhədli, V.Cəfərli, Ş.Bayraməliyev, R.Abdulsalamov, Z.Məmmədzadə, T.Səlimzadə, A.Yaqublu, Ş.Qurbanlı, A.Alıyev, E.Məmmədov, S.Hacıev, Ə.Məmmədli, A.Şükürlü, S.Sabirli, K.Abdullayev, İ.Rzayev və A.Nəzərli fəxri fərmanlarla təltif olunması, onlara hədiyyələr təqdim olunması davam etdi.
Tədbirdə “Məktəbəqədər təhsil” ixtisası üzrə şöbənin təşkilatçılığı ilə ilə keçirilən “Qarabağ Azərbaycandır!” adlı inşa müsabiqəsinin qaliblərindən M.Abıyeva, F.Səmədova, G.Hüseynzadə, A.Əlizadə və F.Atayevaya hədiyyələr təqdim olundu.
Tədbir boyu 44 günlük Vətən müharibəsinin əks etdirən video-çarxlar, ölkə Prezidenti Cənab İlham Əliyevin bir il əvvəl işğaldan azad olunmuş rayonlarla bağlı çıxışları nümayiş olundu, tələbələrin ifasında mahnılar səsləndirildi. Tədbir tələbələrin hazırladıqları fləşmobla sona çatdı.