Millət vəkili Erkin Qədirlinin Kollecdə görüşü keçirilib.
22.12.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri ilə millət vəkili Erkin Qədirlinin görüşü baş tutub.
Görüş zamanı o, "Şəxsiyyət və Hüquq" mövzusunda çıxış edib və hüquqi aspektdən zəngin təcrübəsini bölüşüb. Diskusiya xarakterli davam edən görüşdə tələbələr, millət vəkilinin müəllimlik, deputatlıq fəaliyyəti və digər onları maraqlandıran sualları cavablandırıb.