HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində payız imtahan sessiyası başladı.
Elm və Təhsil Nazirinin əmri əsasında Azərbaycan Dövlət Pedaqoji Kollecində 2023/2024-cü tədris ilinin payız imtahan sessiyasına 29.12.2023-cü il tarixindən start verildi. 5 (beş) həftə olmaqla davam edən payız semestrinin imtahan sessiyasında Apellyasiya komissiyasının və müvafiq işçi qruplarının işlərinə nəzarət və koordinasiya edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi məqsədilə İmtahan Qərargahı yaradılmışdır.
📍Tələbələr proses haqqında narazılığını Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. mail adresinə və ya 012 537 22 01 nömrəsi ilə əlaqə saxlayaraq bildirə bilər.Şikayət və təkliflərinizi qeyd edən zaman ad, soyadınızı, ixtisasınızı, tədris ilinizi və qrupunuzu qeyd etməyiniz mütləqdir.
İmtahanda iştirak edəcək tələbələrin nəzərinə!
✅ İmtahan zalına hər hansı cihazla (telefon, qulaqlıq, elektron saat və s..), öncədən hazırlanmış vərəqlə girmək qadağandır!
✅ İmtahan zalına daxil olduqdan sonra Nəzarətçi müəllimin göstərdiyi yerdə əyləşmək lazımdır və yer dəyişmək qadağandır!
✅ Adlı siyahıda adı çəkilən hər bir tələbə Nəzarətçi müəllimə yaxınlaşıb bilet çəkməli və cavab kartını götürərək yerinə əyləşməlidir!
✅ Cavab kartını alan tələbə kartın üzərindəki lazımlı xanaları (ad,soyad,qrup,kurs,ixtisas) düzgün formada doldurmalıdır!
✅ Tələbənin ad, soyadı yazılmayan cavab kartı keçərsiz sayılacaq və yoxlamaya getməyəcəkdir!
✅ Hər bir tələbə yalnız bir dəfə bilet çəkə bilər və bileti dəyişmək qadağandır!
✅ İmtahan başladıqdan sonra imtahan qaydalarını pozan hər bir tələbə imtahan zalından kənarlaşdırılacaqdır!
✅ İmtahan zala daxil olduqdan sonra tələbə hər hansı vasitədən köçürmə edərsə həmin an cavab kartı aktlaşdırılır və tələbə imtahan zalından kənarlaşdırılır!
Tələbənin hüququdur:
✅ Dərsə davamiyyət limitini keçmədiyi halda imtahanda iştirak etmək;
✅ İmtahan zalında səssizliyin təmin olunmasını tələb etmək;
✅ İmtahandan əvvəl tələbəyə verilmiş imtahan sualları ilə imtahan biletindəki sualların eyni olmasını tələb etmək;
✅ İmtahan gedişinə maneə yaradan faktorların aradan qaldırılmasını tələb etmək.
Hörmətli tələbələrimiz, Sizə payız-qış imtahan sessiyasında uğurlar və akademik borcu olmadan sessiyanı başa vurmağınızı arzulayırıq!
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: