ADPU- nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə, II Vətən savaşındakı tarixi qələbəmizə, kollecdə 30 il və 30 ildən artıq fəaliyyət göstərmiş müəllim heyətinə həsr edilmiş “30 il həsrət – 30 il zəhmət” adlı tədbir keçirilib.

Tədbirdə kollecin təqaüdçü müəllimlərindən Z.Şirəliyeva, A.Ağazadə, R.Novruzova və M.Hüseynova qonaq qismində iştirak ediblər.

Tədbirin əvvəlində II Qarabağ müharibəsi Şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Qasımov Məmmədsəfa müəllimin videoçarx fonunda ifası ilə Prezident İlham Əiyevə ad günü təbriki səsləndirilib, onun yorulmaz əməyi sayəsində ölkəmizin sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə qazandığı uğurlardan, II Vətən Qarabağ müharibəsindəki tarixi qələbəmizdən və s. bəhs edilib.

Tədbirdə İfa edilən müxtəlif şeir, rəqs və mahnı nümunələri, II Qarabağ müharibəsi ilə bağlı nümayiş etdirlən videoçarxlar, dahi şəxsiyyətlərin, Qarabağ müharibəsində qəhrəmanlıq göstərən gənclərin, savadlı nəslin formalaşmasında müəllimin əməyinin müstəsna rolununun xüsusi qeyd olunması tədbir iştirakçılarında xoş ovqat yaradıb.

I Qarabağ müharibəsində Zəngilandan məcburi köçkün düşmüş bir müəllimin həyat hekayəsindən bəhs edən tamaşa maraqla qarşılanıb.

Sonda kollecin direktoru dosent İsrayıl İsgəndərov  tədbir ifaçılarına təşəkkürlərini bildirib.