Tədbirdə ADPK- nın rəhbərliyi, müxtəlif şöbələrin müəllim və tələbələri iştirak edib.

Çıxış edən kollecin direktoru dosent İsrayıl İsgəndərov İkinci Qarabağ  müharibəsində və lokal antiterror  əməliyyatında qazanılmış möhtəşəm qələbələr nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunduğunu,  bu misilsiz zəfərin hərb tariximizdə müstəsna yer tutduğunu qeyd edib. Şəhid analarına və qazilərə müraciət edən direktor kollecin bütün kollektivi adından onlara dərin minnətdarlığını bildirib.

Tədbir tələbələrin ifasında musiqi kompozisiyası ilə başa çatıb.