2023- cü il oktyabrın 31- də  ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Vətəni qorumaq hər bir vətəndaşın borcudur" devizi altında rəhbər və inzibati heyət, habelə FBK müəllimləri arasında güllə atıcılığı üzrə yarış keçirilib.

Yarışda 45 müəllim və əməkdaş  iştirak edib. Münsiflər heyətinin tərkibi elan olunub və onlar öz yerlərini tutduqdan sonra yarış başlayıb (münsiflər heyəti: Sevda Axundova, Nigar Şirəliyeva, Şahəddin Nərimanov).

Yarış iştirakçılsrının 4,5 mm-lik pnevmatik tüfəngdən, oturaraq, qolları stola dirsəkləyərək atəş açmaları, həmçinin təhlükəsizlik tədbirləri haqqında məlumatları hərbi rəhbər Rövşən Quliyev diqqətə çatdırıb. 

Yarışda 1-ci yeri Ailə və ev təhsili şöbəsinin müdiri Babayeva İradə Məzahim qızı (27 xal), 2-ci yeri İncəsənət və fiziki tərbiyə FBK müəllimi Əliyev Murad Bəxtiyar oğlu (26 xal), 3-cü yeri Keyfiyyət və təminat şöbəsinin əməkdaşı Bağırova Zeynəb Bayram qızı (25 xal) tutublar.