Bu gün ADPU- nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal və Sabunçu korpuslarında yeni tədris ilinin başlanmasına həsr olunmuş tədbirlər keçirilib.Hər iki tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.
Çıxış edən ADPK-nın direktoru dosent İsrayıl İsgəndərov 1-ci kursa qəbul olan tələbələri Bilik Günü münasibətilə təbrik edib, müəllimlərə pedaqoji fəaliyyətlərində, tələbələrə təhsillərində uğurlar arzulayıb.

Bu il ADPK-ya yüksək balla qəbul olunmuş tələbələr çıxış edərək, orta məktəbdə yaxşı təhsil almaları üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə və müəllimlərinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən valideynlər övladlarının ADPK-da keyfiyyətli təhsil alacağına, bilikli, bacarıqlı və vətənpərvər şəxsiyyət kimi formalaşacağına əminliklərini ifadə ediblər.