ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə ödənişli əsaslarla qəbul olan tələbələrin nəzərinə!
 
Ödənişi Kapital bank vasitəsilə həyata keçirilir, ixtisas üzrə nəzərdə tutulmuş ödənişin 50 faizi ödənilməlidir və CİF kodu 2220670 təqdim edərək ödəyə bilərsiniz.
 
📍Qeydiyyatdan keçən zaman ödəniş qəbzi əlavə edilməlidir, edilmədiyi təqdirdə müraciət qeydə alınmır.
 
Ödənişi həyata keçirməkdə çətinlik çəkirsinizsə Təhsil Tələbə Krediti Fonduna müraciət edə bilərsiniz. Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur.
Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər.
 
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
 
✅Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
✅3-cü dərəcə əlilliyi olanlar;
✅Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
-1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
-İşsiz kimi qeydiyyatda olanlar;
-Yaşa görə əmək pensiyası alanlar;
-Yaşa görə sosial müavinət alanlar.
 
Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər:
 
✅Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar(110+);
✅Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
✅İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
 
 
Rekvizitləri yükləmək üçün: https://bit.ly/3wkGVP5