ADPU-nun nəzdində ADPK-da 1mart Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib.

Bu günün keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini mülki mühafizə xidmətlərinə, insanların və onların əmlakının xilas edilməsinə, təhlükəsizliyinin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltməkdir.Tədbirdə Yasamal rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi polkovnik- leytenant İ. Səfərov, Bakı Regional Mərkəzinin əməkdaşı kapitan P. Əliyev, baş zabit F.Musayev və Dövlət Yanğın Mühafizəsi hissəsinin əməkdaşı mayor S.Quliyev iştirak etdilər .Tədbir iştirakçılarına Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəaliyyəti, 1mart Mülki Müdafiə gününün əhəmiyyəti, təbii fəlakətlər və böhranlar zamanı əhalinin köçürülməsi, könüllülərin rolu, pandemiya ilə mübarizə mövzusunda geniş məlumat verildi.