ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirmə işləri həyata keçirilir.
05.05.2022-ci ildə Təhsil Tələbə Krediti Fondu-nun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında da təbliğat-təşviqat işlərinin aparılması və maarifləndirmənin artırılması məqsədi ilə növbəti görüş keçirilib. Görüşdə kollecin Tədris işləri üzrə direktor müavini M.Məmmədova Təhsil Tələbə Kredit Fondunun əməkdaşı Turanə Kərimova, kollecin müəllim heyəti və tələbələləri iştirak ediblər.
Tələbələrə təhsil tələbə kreditlərinin verilməsi qaydaları barədə geniş məlumat verilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.