140 illik tarixi İrəvan Müəllimlər Seminariyası - təhsil tariximizin şərəfli səhifələri.

Milli maarifimizin inkişafında böyük xidmətləri olan, təhsil tariximizə parlaq səhifələr yazmış İrəvan Müəllimlər Seminariyasının, bu qocaman maarif ocağının 140 illiyi respublikamızın hər yerində dövlət səviyyəsində qeyd edilir, onun tarixi öyrənilir, bununla əlaqədar konfranslar, dəyirmi masalar, bir sıra tədbirlər keçirililir

11.05.2022-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “İrəvan Müəllimlər Seminariyası 140: tarixilik və müasirlik kontekstində” mövzusunda nəzəri seminar keçirilmişdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, pedaqoji elmlər doktoru H.Bayramov,tədris işləri üzrə direktor müavini, p.ü.f.d.,əməkdar müəllim M.Məmmədova, kollecin Pedaqogika müəllimləri p.ü.f.d.S.Bayramova, M.Rəhimova maraqlı mövzularla çıxış etmiş, Pedaqogika-Psixologiya fənn komissiyasının sədri Ü.Qədirovanın seminarıyanın məzunlarına həsr olunmuş videoçarxı izlənilmişdir.