fbpx
Image
Təhsilinizi peşəkarlara etibar edin.
HAQQIMIZDA

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected] 
İş saatları: 08:30 - 17:30
Bizi İzləyin
Bakı ş. İnşaatçılar pros. 11 +994 12 5372172 +994 51 2908085 [email protected]

ADPU-nun rektoru, proffesor Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Kollecində Keçirilən payız imtahan sessiyasında iştirak edib. Görüş zamanı ADPK-nın direktoru, dos.İsrayıl İsgəndərov sessiya haqqında məlumat verib, imtahan üzrə yaradılmış işçi qrupları ilə tanış edib. 

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydaları.

 

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (90 ballıq şkala üzrə topladıqları bala) əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 15 dəqiqədir. Cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Abituriyentlərin yerləşdirilməsi onların seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.1-ci və 4.2-ci bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

Bizimlə Əlaqə

Sizi maraqlandıran suallara bizimlə cavab tapın:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 50 798 31 23
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30