Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin 15 fevral 2005-ci il 41 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Kollecdə Tələbə Gənclər Təşkilatı 2007-ci ildə təsis edilib. Təşkilata hazırda Aysu Ələsgərli sədrlik edir. Tələbə Gənclər Təşkilatı ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai birliyidir. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə və təşkilatın əsasnaməsinə uyğun fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-aynılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikamızın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Əlbəttə, bütün bunlar Kollecdə təhsil alan gənclərin əmyi və işgüzarlığı nəticəsində mümkün olur. Kollec bu gün gənclərə böyük həyata aparan yolu göstərməklə yanaşı, onlar həm də yüksək ixtisaslı kadrlar olmağa ruhlandırır. Təşkilat yarandığı gündən bu vaxta qədər:

-Azərbaycan Respublikasının dövlətçiliyinə sədaqətli gənc nəslin yetişdirilməsi məqsədilə kollecdə tədbirlər həyata keçirir;

-Tələbələrin sosial problemlərini həll etməyə çalışır, tələbələr arasında maarifləndirmə işi aparır;

-Kollecdə tələbə gənclərin tərbiyəsinin, asudə vaxtının səmərəli təşkilinin, onların fiziki, psixoloji sağlamlığının, istedad və qabiliyyətinin artırılması qayğısına qalır; tələbələrin hüquqlarını təmin edir;

-Tələbə-gənclər birliklərinin işini təşkil edir;

-Tələbə-gənclərin fiziki sağlamlığının qayğısına qalır, idmanın və bədən tərbiyəsinin inkişafına çalışır;

-Tələbə-gənclərin yaradıcılıq sərgilərini, baxış-müsabiqələrini, bayram və idman yarışlarını təşkil edir;

-Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin iştirakını təmin edir;

-Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsini həyata keçirir.

Təşkilat yarandığı gündən kollecdə bir çox mədəni-kütləvi tədbirlər, görüşlər keçirilib.
Tələbə-Gənclər Təşkilatının nəzdində müxtəlif klublar fəaliyyət göstərir: İdman klubu, xeyriyyə klubu, kitab klubu, debat klubu, incəsənət klubu.