Şirəliyeva Nigar Həsən qızı 1970-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olub. Bakı şəhəri Yasamal rayon 173-nömrəli tam orta məktəbi bitirib. 1987-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olub. 1992-ci ildə universiteti Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasi üzrə  qırmızı diplomla bitirib. Müəllimlik fəaliyyətinə Bakı şəhərində yerləşən 20 nömrəli məktəbdə başlayıb. 1995-ci ildən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. 2016-cı  tədris ilindən kollecin Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərir. Kollecdə işlədiyi müddətdə elmi fəaliyyətlə də məşğul olmuşdur. 1999-cu ildən Bakı Dövlət Universitetinin dissertantı, bir sıra elmi məqalələrin müəllifidir.

Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva normativ hüquqi aktlara uyğun olaraq, kollecdə tərbiyə işinə rəhbərlik edir;  müəllimlərin, kitabxanaçıların, qrup və dərnək rəhbərlərinin, psixoloqun və tələbə təşkilatlarının köməyi ilə gənclərin hərtərəfli tərbiyə edilməsinə nail olur, fərdi tərbiyə üsullarının tətbiqi ilə müvafiq problemləri həll edir. Tərbiyənin bütün sahələri üzrə müzakirələr aparılır, gənclərin milli adət -ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmasına rəhbərlik edir. Müşavirələr, seminarlar, elmi-praktik konfranslar keçirir.- cümlələri çıxarın  və onun əvəzinə bu cümləni yazın. Tərbiyə işləri üzrə direktor müavini dərnək rəhbərlərinin, tələbə təşkilatlarının, könüllülərin işinin istiqamətlənməsinə cavabdehlik daşıyır,  gənclərin milli adət -ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmasına rəhbərlik edir.