Fənn birləşməsi komissiyasının sədri

 Bayramov Məmməd Əsgər oğlu 27 sentyabr 1963-cü ildə Gürcüstan  Respublikasının Dmanisi rayonunun Şindilər kəndində anadan olmuşdur. O 1970-ci ildə Şindilər orta məktəbinə daxil olmuş, 1980-ci ildə Şindilər tam orta məktəbi bitirmişdir. 1993-cü ildə Azərbqaycan Texniki Universitetinin Avtomobil və avtomobil təsərrüfatı ixtisasını bitirmişdir.1994-cü ildən  Polat firmasında mühəndis mexanik vəzifəsində çalışmışdır. 1998-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim kimi çalışır. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Kollecində “Avtomobil və Ümumtexniki” fənn birləşmə komissiyasının sədridir.

  


 

  “Avtomobil və Ümumtexniki” fənn birləşmə komissiyasının tərkibi 6 müəllimdən ibarətdir. Fənn birləşmə komissiyasına 2005- ci ildən Bayramov Məmməd Əskər oğlu rəhbərlik edir. “Avtomobil və Ümumtexniki” fənn birləşmə komissiyasında çalışan müəllimlər tam ali təhsilli, bakalavr təhsili almış müəllimlərdir. Fənn birləşmə komissiyasına daxil olan müəllimlərdən Bayramov Məmməd, Həsənova Gülər, Hüseynova Rəna və Əliyev Bayram kollecin rəhbərliyi tərəfindən təhsil sistemindəki fəaliyyətlərinə görə fəxri fərmanla təltif ediliblər. Bundan əlavə fənn birləşmə komissiyasına daxil olan müəllimlərin əksəriyyəti müxtəlif kurslarda olmuş sertfikatlar almışlar. Hər il olduğu kimi, 2018 – 2019-cu tədris ilində də müəllimlərimiz müxtəlif təlim və treninqlərdə iştirak etmişlər. ADPU-da təşkil olunan inklüziv təhsillə bağlı təlimdə, 17-26 aprel tarixlərində ADPU-nun nəzdində ADPK-da “Siyasi psixologiya mərkəzi”nin təşkilatçılığı ilə keçirilən təlimlərdə müəllimlərimiz fəal iştirak etmişlər. Əldə etdikləri yenilikləri öz dərslərində tətbiq edirlər. Demək olar ki, fənn komissiyasının müəllimlərinin əksəriyyəti dərslərində yeni təlim texnalogiyalarından və İKT-dən istifadə edirlər. Fənn komissiyasının müəllimləri çalışırlar ki, dərslərini maraqlı qursunlar və tələbələrdə fənnə maraq oyansın və fənni sevsinlər. 2017-2018-ci tədris ilində müəllimlər tərəfindən fənn bloku üzrə 15 fəndən standartlara uyğun yeni işçi proqramları və sillabuslar hazırlanmışdır. Hər ayın əvvəlində fənn komissiyasının iclasları çağrılır. İclaslarda fənn müəllimlərinin illik dərs yükünün müəllimlər arasında paylanması və təsdiqi, illik iş planının işlənməsi və təsdiqi, mövzu-təqvim planlarını tədris planına uyğun hazırlanması və təsdiq edilməsi, fərdi iş planlarının hazırlanması və müzakirəsi, qarşılıqlı dərs dinləmələrin təşkil edilməsi və birgə müzakirə olunması, fənn komissiyası üzvlərinin nümunəvi dərslərinin qrafikini tərtibi və təsdiqi, imtahan biletlərinin suallarını hazırlaması, məsləhət saatlarının təşkili sillabusların tədris planına uyğun hazırlaması və təsdiq edilməsi,fənn birləşməsinin iclaslarında müzakirə olunur. Ekskursiyalar, tədbirlər, sərgilər, açıq dərslər, dərs dinləmələr, olimpiadalar, seminarlar təşkil olunur. İmtahan biletləri, imtahan sualları, kollokviumlar, illik və yarımillik hesabatlar hazırlanır və rəhbərliyin göstərişləri əsasında keçirilir. Hər tədris ilinin əvvəlində “Avtomobilin quruluşu “ kabinetinin iş planını kabinet müdiri tərəfindən tərtib edilir və tədris ilinin ilk iclasında müzakirə edilir və tədiq edilir. Yol hərəkətinin təşkili və təhlükəsizliyi, Avtomobil sərnişin daşımaları, Avtomobil yük daşımaları, Beynəlxalq daşımaları, Nəqliyyatın iqtisadiyyatı, Nəqliyyat hüququ, Yükləmə-boşaltma vasitələri və başqa fənnlər üzrə yeni proqramlar işlənib hazırlanmışdı. Proqramlarda tədris olunan fənnin əsas məqsədi, fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar, fənnin vəzifələri, fənnin məzmunu öz əksini tapmışdır. Fənn Komissiyasında çalışan müəllimin gündəlik dərs planı (planlaşdırma) haqqında fikirlər dinlənilir və müzakirə olunur. Dərsin planı hər bir müəllim üçün vacibdir. Dərsin planı tərtib olunarkən, adətən gələcək dərs proqnozlaşdırılır, bir növ onun ssenarisi hazırlanır. Müəllim dərs planının həcminin, məzmunun və strukturunun müəyyən edilməsində sərbəstdir.