Hacıyeva Sevinc Qonaqbəy qızı, 1965-ci ildə anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Mexanika- riyaziyyat  fakultəsinə daxil olub və 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra təyinat üzrə “Kosmik Tədqiqatların” Elm və İstehsalat Birliyində mütəxəssis olaraq iş fəaliyyətinə başlayıb. 1990-1996-cı illərdə 249 saylı orta məktəbdə Riyaziyyat müəllimi olaraq çalışıb. 1996-cı ildən bu günə qədər ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Riyaziyyat–informatika fənn  birləşməsində Riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirir.

Müəllimlik fəaliyyəti dövründə bir sıra seminar - treninqlərdə iştirak etmişdir:  

  • CPP center for Political Psychology, “Effektiv kommunikasiya, Tələbə nailiyyətlərinin qiymətləndirilmə texnologiyaları, Təqdimat bacarıqları, Müəllim tələbə münasibətlərinin inkişafı”-2019.

      Kollecdəki  fəaliyyəti dövründə bir çox fənn proqramlarının, metodiki işlərin müəllifidir. Pedaqoji fəaliyyəti dövründə bir çox fəxri fərman və  təşəkkürnamə ilə təltif edilmişdir:

  • ES Akademi Egitim Danışmanlık “Egitime yapdığınız katkılardan dolayı böyük onurla bu belgeyi takdım ediyoruz”-2019;
  • TİPİİ “Bu günün və sabahın müəllimləri üçün yay məktəbi”-2017;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş məktəb müəllimləri təhsil müəssisələrinin işçiləri üçün “Dymo/Mimio interaktiv texnologiyaları ilə tədris” təlim kursunda iştirakına görə sertifikatla təltif edilib-2011;
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Təhsilin əsasları” fənni üzrə 2006-cı ilin may-iyun aylarında keçirilmiş 21 günlük təlim kursunda iştirak edib;
  • Müasir təhsil və tədrisə yardım mərkəzi “İnkluziv Təhsil” Layihəsi çərçivəsində “Trenerlər üçün Treninq” seminarında uğurla iştirak etmiş və dinləyici sertifikatı ilə təltif edilib;
  • Step by step disability intiative “Has satisfactorily completed the professional development requirements for training university course development training introduction to special education”, 2006;
  • Müasir təhsil və tədrisə yardım mərkəzi 2003-2005-ci illərdə “Tənqidi təfəkkürün inkişafı üçün Mütaliə və Yazı” proqramı üzrə seminarlarda uğurla iştirak edib;
  • Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu Azərbaycan “14-17 iyul, 2003-cü ildə ali və orta ixtisas müəllimləri üçün “Addım-addım” proqramı üzrə “Fərdiləşdirilmiş təlim” mövzusunda keçirilmiş seminarda iştirak edib.

Fəliyyəti çərçivəsində bir neçə fəxri fərmanlarla və təşəkkürnamə ilə təltif edilir.

  • Fəxri  fərman  (Azərbaycan Dövlət Pedaqoji Kollecinin  90 illik yubileyi  münasibətilə və yüksək peşəkarlığına , uzun müddət səmərəli pedaqoji fəaliyyətinə, eləcə də gənc nəslin təlim -tərbiyəsi işindəki uğurlaırna görə), 2009
  • Fəxri  fərman (Kollecdə  “Ən  yaxşı açıq  dərs”, 2013 )
  • Fəxri  fərman (Kollecdəki səmərəli fəaliyyətinə, təşəbbüskarlığına  və  gənc nəslin təlim – tərbiyəsində göstərdiyi xidmətlərinə görə, 2018)
  • Fəxri  fərman (Rayonun  ictimai – siyasi həyatında fəal iştirak etdiyinə, gənc nəslin təlim – tərbiyəsində səmərəli fəaliyyətinə, təhsilin inkişafında  göstərdiyi yüksək nəticələrə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü  münasibəilə,  01 oktyabr  2019-cu il, №263)
  • Təşəkkürnamə (Kollecdəki səmərəli fəaliyyətinə, təşəbbüskarlığına  görə, 2018)

Davamlı təhsil sisteminin inkişafı təhsil fəaliyyətinin ən vacib istiqamətlərindən biri olub,  məktəbəqədər, ümumi orta, ibtidai, orta və ali təhsil, ali təhsildən sonrakı ixtisasartırma və əlavə ixtisas təhsili sistemlərində kəsilməzliyi nəzərdə tutur.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Davamlı təhsil və təlim” şöbəsi 2017/2018-ci tədris ilindən fəaliyyətə başlayıb.

Şöbədə təhsil və təlim müasir dövrün bütün tələblərinə cavab verərək, hərtərəfli inkişaf etmiş, geniş dünyagörüşünə malik, yeni ixtisasın bütün incəliklərini əldə etmək iqtidarında olan  insanların təlabat və maraqlarının ödənilməsinə istiqamətlənir. Tələbələrin tədris prosesi müasir təlim texnologiyalarına, fəal təlimə, zəngin tədris vəsaitlərinə, didaktik materiallara  əsaslanaraq təşkil edilir. Təlim prosesi milli-mənəvi dəyərlərin inkişafı, ixtisas üzrə bütün biliklərin mükəmməl əldə edilməsi, bacarıqların təkmilləşdirilməsi, gələcək fəaliyyətində bu bilik və bacarıqlardan məharətlə istifadə edərək dövlətimizə və xalqımıza layiqli mütəxəssis kimi  xidmət göstərəcək kadrların yetişdirilməsi məqsədi  daşıyır.

 İkinci ixtisas təhsili tələbələrə öz təlimlərini fərdi tədris proqramlarının tərtib edilməsi ilə  keçmək  şəraiti  yaradır.  Bu  halda  bütün  səyləri  hal-hazırki və gələcək  fəaliyyətdə  insanlara  lazım olan  fənlərin  öyrənilməsinə yönəltmək imkanı yaranır. Tələbələrin  birinci  ixtisasda əldə  etdikləri kreditlər saxlanılmaqla, yeni kreditlər qazanmaq üçün  şərait yaranır. Tədris müddəti  onların arzusu və təşəbbüsü ilə, mümkün olarsa, qısaldıla bilər. Tədris hal-hazırda əyani formada həyata keçirilir.