ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində "Zəfər Novruzu"adlı tədbir keçirilib.

Tədbir ikinci tədris korpusu-Sabunçuda Peşə təlimi şöbəsinin təşkilatçılığı ilə baş tutub. Kollecin müəllim, inzibati işçilər və tələbə heyəti iştirak etdiyi tədbirdə keçəl-kosa səhnəciyi, tələbələrin rəqsləri nümayiş etdirilib. Maraqla davam edən tədbirdə müharibə iştirakçıları olmuş tələbələrə medal və fəxri fərman təqdim edilib.