Azərbaycan xalqının qəlbində Xocalı bir yara kimi qaysaq bağlamış ,dərin bir iz  buraxmışdır. Bu faciə , qətliam insanlıq tarixi üçün acı bir müsibətdir. Ümumiyyətlə müharibə bəşəriyyət üçün  xəstəliksə, qətliam , soyqırım  əlacı ,dərmanı olmayan bir yaradır.

Xocalı soyqırımı əsrin faciəsi olan Nakasaki , Bosniya soyqırımı ilə müqayisə edilə bilər. Bu faciəni törətməklə erməni qəsbkarları xalqımızı qorxutmaq ,mübarizə əzmini qırmaq istəyirdi. Nəzərə alsaq ki, erməni qəsbkarları XX əsr boyunca dəfələrlə azərbaycanlılara qarşı soyqırım törətmişlər. Amma onlardan ən dəhşətlisi Xocalı  faciəsi olmuşdur.

 1992-ci il fevralın 26 –da Ermənistan hərbi qüvvələri və Ermənistan hərbi qüvvələri  7 min əhalisi olan Xocalı şəhərində genosid keçirdi. Fevralın 25-i gecə saatlarından  başlanan hücum  səhəri gün Xocalının alovlara bürünməsinə, xeyli sayda girov və ölümlərə səbəb oldu. Hücum nəticəsində 613 nəfər öldürüldü,8 ailə tamamilə məhv edildi,487 nəfər yaralandı, 1275 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən   150 nəfərin taleyi bu günədək məlum deyil.

                               Dinmirəm gözümdə gilələnir yaş

                               Yadıma düşdükcə  o gün ,o savaş

                               Qız ana itirdi,qardaşı qardaş

                               Mən necə kiriyim,susum,Xocalı

 

 

                               Söyləsəm bu dərdim dağlardan ağır

                               Namərdlər yoluma daş dığırladır.

                               Dağıldın kəndbəkənd ,çadırbaçadır,

                               Bəs kimdən inciyim,küsüm, Xocalı.

Ermənilərin Xocalıya hücumu şəhərin coğrafi mövqeyini şərtləndirirdi. Xankəndindən şimalda yerləşən şəhər Qarabağ dağ silsiləsində əsas magistral yolların üstündə yerləşirdi.

Qarabağdakı yeganə hava limanı məhz bu şəhərdə yerləşirdi.Onsuzda,1991-ci ildən blokada olan Xocalı avtomobil yolları kəsildikdən sonra yeganə əlaqə vasitəsi hava nəqliyyatı idi.  Şəhərə hücum əsnasında burada cəmi  3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı  4 aydan artıq zaman ərzində əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdır....

Şəhər əhalisinin bir hissəsi hücumdan özlərini qurtarmaq üçün  əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdi.

Xocalı soyqırımının epizodları insanı sadəcə   dəhşətə gətirir. Ermənilər sağ qalmış  azərbaycanlılar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdir. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların  qarnını yarmışdılar. Xocalı soyqırımının xüsusi amansızlıqla  törədilməsi rus ,gürcü ,ingilis, fransız ,alman, amerikalı və digər ölkələrin  vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.

Bu faciəni işıqlandıran Çingiz Mustafayev  vəhşilikləri öz gözləri ilə görmüş, lentə almışdır. Erməni silahlı Qüvvələri və 366-cı Motoatıcı Alayın iştirakı ilə Xocalı şəhərinin işğalı baş tutur.

Rayondan olan 14577 nəfər məcburi  köçkün Azərbaycanın 52 müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır.

Soyqırımın tanınması Müstəqil Azərbaycanın daim diqqət mərkəzində olmuşdur. Pakistan və Sudan ölkə səviyyəsində bu qətliamı tanıyır .Parlament olaraq, Ruminiya, Çexiya, Meksika  və b. ölkələr  faciəyə qətliam kimi sənəd qəbul edib.

Bütün Beynəlxalq hüquq  normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirə, Azərbaycan türklərinin  bu ərazilərdən qovulmasına  nail oldu.

XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv  və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil,bütün insanlığa , bəşəriyyətə  qarşı yönəlmiş ən ağır cinayətlərindən biridir.

Dünyada qəbul edilmiş beynəlxalq konvensiyalar ,ümumbəşər  qanunlar  Xocalı faciəsi kimi soyqırımları pisləyir, ədalətsizliyin yolverilməz olduğunu  bildirirlər. Dünya hər zaman bilməlidir ki,  bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə  qarşı yönəlmiş   bir genosiddir.

Cinayət cəzasız qalmaz, qalmamalıdır. Xocalı faciəsini yaşayan bir millət olaraq  biz ilk növbədə  bu soyqırımı əsrlər keçsə də,unutmamalıyıq.

İşgəncə  verilərək öldürülən  uşaq, qadın ,qocaları unutmamalıyıq. Ağdamda  tibbi qatarda işləyən dörd baş dərisi soyulmuş ,bir başı kəsilmiş cəsədin, daha neçə-neçə  işğəncə verilərək küt alətlərlə öldürülmüş insanları unutmamalıyıq.... Meşələrdə donvurmadan ölən insanlar  və bizim bilmədiyimiz  işgəncələr.... Onların heç birini unutmamalıyıq.

Cəsədlərimizi belə zorla ,danışıqlar apararaq geri qaytarılmasını unutmamalıyıq.

Bütün bunlar qəddar ,qaniçən  ermənilərin xislətindən xəbər verirdi.

Xocalı bizim qan yaddaşımızdır. Xocalı bizim  yaralı yerimizidir. Xocalı bizim yaşarkən ölən ruhumuzdur.

Bizim hər birimizin ən önəmli məqsədi bu yaşananları unutmamaq, dünyaya tanıtmaqdır.

 

                               Şəhid verin ,nəfəs verin ,qan verin,

                               Cansızlara canınızdan can verin,

                               Gəmi kimi sahillərə yan verin-

                               Müjdəçilər düzüm-düzüm olacaq,

                               Əzəl-axır dünya bi

Başı min bir bəlalar çəkmiş, ulu xalqım...

Heç vaxt əyilmədin, sınmadın tarixin amansız gərdişlərinə qəhrəmancasına sinə gərdin...

Yaşa, yarat amma unutma !!!

Azərbaycan Dövlət Pedaqoji Kollecinin ana dili, ədəbiyyat müəllimi Əsgərova Sədaqətin Xocalı faciəsinə həsr olunmuş “Xocalı-Qan Yaddaşımız” adlı məqaləsini sizə təqdim edirik.

zim olacaq!