2 dekabr 2021 -ci il tarixində Davamlı təhsil və təlim şöbəsi və Riyaziyyat – İnformatika fənn birləşməsinin təşkilatçılığı ilə“KİÇİKYAŞLI UŞAQLARIN RİFAHI ÜÇÜN AİLƏLƏRƏ DƏSTƏK” layihəsi üzrə modullar paketinin I modulu - “ERKƏN UŞAQLIQ İLLƏRİ – SONSUZ IMKANLAR DÖVRÜDÜR” mövzusunda təlim keçirildi. 
Təlimçi qabaqcıl müəllimlərdən olan Sənubər Məmmədova zəruri məlumatlar və geniş təqdimatı ilə təlimin maraqlı keçməsini təmin etdi. 
Təlimdə aşağıdakı mövzular müzakirə olundu: 
Erkən uşaqlıq nə deməkdir? 
Nə üçün erkən uşaqlıq sonsuz imkanlar dövrüdür? 
Erkən yaş dövründə uşaqların inkişafına təsir göstərən amillər 
İlk üç ildə beynin sürətli inkişafı 
Erkən uşaqlıq dövrünə qoyulan investisiyaların səmərəsi 
Risk amillərinin azaldılması- qoruyucu amillərin gücləndirilməsi 
Erkən uşaqlıq dövründə inkişaf hər bir uşağın hüququdur. 
Təlim zamanı müəllimlər mövzu üzrə müzakirələr apardı, tapşırıqlar, özünüqiymətləndirmə testləri yerinə yetirdilər və növbəti modulların (mövzuların) sərbəst seçimi imkanı əldə etdilər. 
 
#ADPK#TəhsilNazirliiyi#təlim