HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 4511.02.2022-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Tədris-Metodiki Şuranın növbəti iclası keçirildi.
İclası giriş sözü ilə Tədris işləri direktor müavini Məhbubə xanım Məmmədova açdı. O, 2021-2022-ci tədris ilinin Payız semestrini müvəffəqiyyətlə başa vurmaları münasibətilə Şura üzvlərinə minnətdarlığını bildirdikdən sonra, onları Tədris-Metodiki Şuranın gündəliyi ilə tanış etdi. İclasda qonaq qismində ADPK-nın direktoru İ.İsgəndərov, Təlim-tərbiyə işləri üzrə direktor müavini N.Şirəliyeva, Sosial işlər üzrə direktor müavini S.Axundova və fənn müəllimləri iştirak edirdilər.
Məhbubə xanım çıxışında 2021/2022-ci tədris ilinin Payız imtahan sessiyasının nəticələri, “Tarix” və “Fəlsəfə” fənlərinin Payız imtahan sessiyasının nəticə
lərinin təhlili və həmin fənlərin tədris materialları, sillabusu və tədrisinin təkmilləşdirilməsi, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “İngilis dilində işgüzar və akademik kommunikasiya” fənlərinin tədris materialları, sillabusu və tədrisinin təkmilləşdirilməsi məsələlərinə diqqət çəkdi. İclasda iştirak edən FBK sədrləri və müvafiq fənnləri tədris edən fənn müəllimlərinin rəy və təkliflərini aldı.
Daha sonra 2021/2022-ci tədris ilində müvafiq ixtisaslar üzrə təcrübə keçəcək buraxılış qrupu (III və IV tədris ili) tələbələrinin hazırlıq vəziyyətindən, 2021/2022-ci tədris ilinin yaz semestri üçün fənn sillabuslarının tərtibindən, mövzuların tədrisində bədii və sənədli filmlərə baxış və esselərin yazılmasından, İmtahan biletlərinin tərtibi ilə bağlı yaranan problemlər və aradan qaldırılmasından, Yaz (Yay) semestr imtahanlarının keçirilməsi formatından, Fənn Birləşmə Komissiyalarında aylıq qrafiki əsasında açıq dərslərin və dərs dinləmələrin qrafikini hazırlamaqdan, təlim və tərbiyə işinin keyfiyyətinin yüksəlməsinə kömək edən müxtəlif tədbirlərin keçirilməsindən, olimpiada və yarışların, istedadlı tələbələr üçün müsabiqələrin təşkilindən, həmçinin, sağlamlıq imkanları məhdud və çətin tərbiyə olunan tələbələrlə işin təşkilindən, növbəti Yaz imtahan sessiyasına hazırlıqla bağlı tələbələrin sillabus mövzuları əsasında imtahanlara hazırlanmasından, Yaz semestrində BSQ-lərin keçirlməsi məsələlərindən danışdı. 2021/2022-ci tədris ilinin I yarımilinin BSQ üzrə ümumi nəticələrini, Payız imtahan sessiyasının nəticələrinə görə fənnlərin müvəffəqiyyət və keyfiyyət göstəricilərini, FBK-ların müvəffəqiyyət və keyfiyyət göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırdı.
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: