"Sən də Vətən üçün nəsə etməlisən” deyərək təhsil yolunu Azərbaycan Dövlət Pedaqoji Kollecinə salan tələbə.

1. Özünüzü təqdim edin:
 
Mən Xanməmmədova Samirə 30 yaşım var.ADPK-nın 2 ci kurs tələbəsiyəm.Ailəliyəm,1 övladım var.Orta məktəbdə yaxşı oxusam da,müəyyən səbəblərə görə təhsil ala bilməmişdim.12 ildən sonra məhz 2020-ci ildə Vətən müharibəsi başlayanda özümə "Sən də Vətən üçün nəsə etməlisən dedim"və müəllimə olacam. Vətənim üçün layiqli gələcək nəsil yetişdirəcəm, şəhid övladlarına təmənnasız dərs keçəcəm ve en əsas işğaldan azad olan torpaqlarımızda tikiləcək təhsil müəssələrində könüllü olaraq işləyəcəm.Artıq bu qərarı verəndə təhsil almaq istədiyim müəssisəni seçmişdim və bu ADPK-idi. Təsadüfi deyil ki 178.6 bal toplayaraq yeganə yazdığım yer ADPK-nın Məktəbəqədər təhsil idi,cünki burada istədiyim təhsili ala bilecəyimə əmin idim.ADPK adını çəkəndə ən çox eşitdiyim "oxumaq, oxumaq və yenə də oxumaq" idi. Necə deyərlər gəldim gördüm.Tam xəyal etdiyim ve fəxrlə adını çəkdiyim ADPK. Yüksək təhsil, şəffaf qiymətləndirmə, tələbənin hüquqlarının qorunması və təhsil almaq üçün hər bir şərait.Başda İsrayıl müəllim olmaqla, müəllimlərimə, eziyyətimizi çəkən şöbəmizə minnətdaram.
 
2.Təhsil aldığınız müddətdə kollecdən gözləntiləriniz?
 
Keyfiyyətli təhsil, şəffaf qiymətləndirmə və tələbəyə humanist yanaşma.Bəzən ADPK oxumaq çətindir deyirlər amma oxumaq istiyən insan üçün hər cür şərait yaradılıb,yetər tələbə oxusun.Gözləntilərimi tam doğrultdu ADPK.
 
3.Təklifiniz varsa qeyd edin:
 
Bir təklif və istəyim var o da xarici dil kimi rus dilinin də tədris olunmasıdır.