Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllim və tələbə kollektivinin nəzərinə!

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin “Davamlı təhsil və təlim şöbəsi” müəllimlər və tələbələr üçün “Loqopediyanın əsasları” təlim kursunu təşkil edir.

Təlim kursunun məqsədi ümumi nitq problemləri olan uşaqlar haqqında nəzəri məlumatlı olan, nitq qüsurlu uşaqların diaqnostikası və korreksiyası işlərini həyata keçirməyi bacaran mütəxəssis hazırlığıdır.

Təlim nəticəsində iştirakçıların əldə edəcəkləri bilik və bacarıqlar:

1. Uşağın nitq inkişafı mərhələləri;

2. Artikulyasiya orqanlarının quruluşu;

3. Ana dilinin səslərinin düzgün tələffüz məxrəci;

4. Nitq qüsurları və onların aradan qaldırılması yolları.

Kursun davamlılığı 3 ay müddətini (2 ay nəzəri, 1 ay təcrübi) əhatə edəcək. Nəzəri hissə kollecdə əyani şəkildə, təcrübi hissəsi isə “Psixodinamika” reabilitasiya mərkəzində keçiriləcək. Təlim kursu ödənişlidir. Kursda həm tələbələr, həm də müəllimlər iştirak edə bilər.

Təlimçi: ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin pedaqogika-psixologiya fənn birləşməsinin müəllimi, “Psixodinamika” reabilitasiya mərkəzinin təsisçisi Ləman Rəfiyeva

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara rəsmi sertifikat təqdim olunur.

Təlimdə iştirak etmək arzusunda olanlara aşağıdakı linkdən qeydiyyatdan keçmək tövsiyyə olunur: https://docs.google.com/forms/d/e/1FAIpQLSe81plG-6_IOeza9bKj0XgJ18oBqVTzV6avQ6ykKjFmyv8IGA/viewform

Əlaqə: Davamlı təhsil və təlim şöbəsi, otaq: 208

Telefon nömrəsi: 050 798 31 23, 539 11 57