ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Arzular əngəlsizdir” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların daxilində olan bacarığı inkişaf etdirmək və cəmiyyətə təqdim etməkdir. Giriş sözü görmə məhdudiyyətli tələbə Zəhra Hüseynova açıb daha sonra tələbə Yeganə Rəhimova AET ixtisasında təhsil alan Seyrat Musayeva haqqında məlumat verib. Seyrat qarşısına çıxan çətinliklərə baxmayaraq üzərində çalışaraq həm rus həm də ingilis dilini dərindən öyrənib. Daha sonra səhnəcik təqdim edilib. Səhnəcikdən sonra psixologiya müəllimi Zeynəb Kələntərova Azərbaycanda İnkluziv təhsilin tətbiqindən danışıb.
Məktəbəqədər təlim və tərbiyə ixtisasında təhsil alan Zəhra Məmmədova pianoda ifa edib. İnkluziv təhsil ixtisasında təhsil alan nitq məhduddiyətli tələbələr, Səfərli Fatimə və Ağayeva Şəms öz bacarıqlarından, motivasiyalarından və gələcək arzularından bəhs edib. Fatimə öz daxili aləmini, zənginliyini saplara ötürüb hörmə işləri ilə məşğul olur. Şəms isə yaşının az olmasına baxmayaraq Taekvondo üzrə bir neçə medallarla təltif olunub. Daha sonra valideynlərə söz verilib və onlar da öz növbəsində tədbirin keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildiriblər. Sonda Sosial məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini Sevda Axundova tələbələrə, valideynlərə xoş arzularını bildirib.
 
Tədbirdə əməyi keçən hər kəsə xüsusilə də musiqi müəllimi Səkinə xanıma dərin təşəkkürümüzü bildiririk.☺️
 
Valideynlərdən alınmış müsahibələri izləmək üçün: Müsahibə