25.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Təbiət elmləri fənn birləşmə komissiyasının müəllimləri və MQT25/01SB qrupunun tələbələrinin iştirakı ilə açıq havada “Sağlam həyat tərzi” mövzusunda dərs keçirilmişdir.
Dərsin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, düzgün qidalanma vərdişlərinin formalaşdırılması, fiziki aktivliyin təşviqi və sağlam düşüncə tərzinin aşılanması olmuşdur.
Dərs zamanı müəllimlər sağlam həyat tərzinin insan orqanizminə müsbət təsiri, zərərli vərdişlərdən uzaq olmağın vacibliyi və gündəlik həyatda idmanın rolu barədə ətraflı məlumat vermişlər.
Tələbələr mövzu ilə bağlı maarifləndirici çıxışlar etmiş, fikir mübadiləsi aparmış və sağlam həyat tərzinin cəmiyyət üçün əhəmiyyətini vurğulamışlar.
Açıq havada təşkil olunan dərs tələbələrin böyük marağına səbəb olmuş, onların həm fiziki, həm də mənəvi sağlamlığının qorunmasının vacibliyini bir daha diqqətə çatdırmışdır.