ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Pedaqogika-Psixologiya” FBK-nın fəaliyyət planına uyğun olaraq, FBK-nın təşkilatçılığı və müəllim Cəfərova İnarə Səmidəli qızının təqdimatı ilə “Təlim texnologiyalarının tətbiqi və onlardan effektiv istifadə” mövzusunda təlim prosesində diferensial yanaşmaya həsr olunmuş seminar keçirilmişdir.
Seminarın əsas məqsədi FBK müəllimlərinin peşəkar inkişafını dəstəkləmək, təcrübə mübadiləsini təşviq etmək, müasir təlim texnologiyalarından istifadə bacarıqlarını artırmaq və innovativ metodlarla bağlı yenilikləri iştirakçılara çatdırmaq olmuşdur.
“Pedaqogika-Psixologiya” FBK-nın müəllimi İnarə Cəfərova çıxışı zamanı təlim prosesində diferensial yanaşmanın mahiyyəti, hər bir öyrənənin bacarıq, maraq və öyrənmə tərzinə uyğun diferensial tapşırıqların hazırlanması barədə ətraflı məlumat vermişdir.
Seminar interaktiv müzakirələr şəraitində keçmiş, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparmışlar.