Humanitar FBK müəllimi Könül Hüseynova 2026-cı ilin martında beynəlxalq elmi fəaliyyət çərçivəsində iki nüfuzlu beynəlxalq konfransda iştirak etmişdir. Riqa Nordic Universitetinin təşkil etdiyi “Social Sciences Under Global Crises” beynəlxalq elmi konfransında “Research and Commentary of Caucasian Historians on the Karabakh Conflict” adlı məqalə ilə çıxış etmiş. Həmçinin Qazaxıstan Respublikasının Ş.Ş. Uəlixanov adına Tarix və Etnologiya İnstitutunun təşkil etdiyi “Qazaxıstanda Tarix Elminin İnkişafının Müasir Tendensiyaları” beynəlxalq elmi-praktik konfransında “The Karabakh Question in a Historiographical Context: Sources, Interpretations, and Scholarly Discussions” adlı məqaləsi nəşr olunmuşdur. Hər iki tədqiqat Qarabağ probleminin tarixşünaslıq aspektlərinin araşdırılmasına və mövcud elmi yanaşmaların müqayisəli təhlilinə həsr edilmişdir. Bu araşdırmalar beynəlxalq elmi platformalarda təqdim olunaraq tarix elminin aktual problemləri üzrə müzakirələrə töhfə vermişdir.
Bizimlə əlaqə
Yasamal tədris binası:
Bakı şəhəri, İnşaatçılar pr.45
Telefon: +99412 539 11 71
Email: [email protected]
İş saatları: 09:00 - 18:00
Sabunçu tədris binası:
Bakı şəhəri, Yusif Qasımov küç., 41
Telefon: (+994 12) 550-81-83
Email: [email protected]
İş saatları: 09:00 - 18:00