Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Çin Xarici İqtisadi Ticarət Universiteti tərəfindən “Təhsildə innovasiyalar və süni intellekt” mövzusunda beynəlxalq təlim-seminar təşkil olunmuşdur.
Təlimdə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin fizika müəllimi Gövhər Abdinova da iştirak etmişdir.
Təlim çərçivəsində iştirakçılara ali təhsil sistemində rəqəmsal transformasiya prosesləri, süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası, innovativ öyrənmə modelləri və müasir pedaqoji yanaşmalar barədə ətraflı məlumat verilmişdir.
Mütəxəssislər tərəfindən süni intellektin təhsil keyfiyyətinin yüksəldilməsi, fərdiləşdirilmiş təhsil imkanlarının genişləndirilməsi və təhsilin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsindəki rolu geniş şəkildə təqdim edilmişdir.