ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "İncəsənət və fiziki tərbiyə" FBK müəllimləri pedaqoji fəaliyyətlərində növbəti uğura imza atıblar.
Elm və təhsil nazirinin müvafiq əmri ilə Emil Ağayev, Aynur Seyfullayeva və Arzu Sadiyevanın Dizayn və Dekorativ-tətbiqi sənət ixtisasları üçün hazırladıqları "Rəngkarlıq" tədris fənn proqramları qrifə layiq görülmüşdür.