Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə layihəsi çərçivəsində həyata keçirilən “Əlillərin Cəmiyyətə İnteqrasiyasına Dəstək” adlı seminar uğurla baş tutmuşdur.
Seminarda Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, RM Art Studionun rəhbəri Rəsmiyyə Mahmudova aparıcı mütəxəssis qismində iştirak etmişdir.
Təlim zamanı iştirakçılara rəssamlığın müxtəlif texnikaları, yaradıcılıq imkanları və incəsənətin insan həyatındakı rolu haqqında ətraflı məlumat verilmişdir.
Rəsmiyyə Mahmudova gənclərlə öz təcrübəsini bölüşərək onların yaradıcılıq potensialının üzə çıxarılmasına, özünəinamlarının artırılmasına və cəmiyyətə daha fəal inteqrasiya olunmalarına dəstək göstərmişdir.
İnanırıq ki, bu cür layihələr inklüziv cəmiyyətin formalaşmasına və gənclərin inkişafına mühüm töhfə verir.