ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində DTS24/02 və DTS23/01 qruplarının təcrübə tələbələri müəllimlər Babaxanova Sevinc və Sadıyeva Arzunun rəhbərliyi ilə hesabat təcrübəsi çərçivəsində gil küpələrin boyanması üzrə yaradıcılıq fəaliyyəti həyata keçiriblər.
Tələbələr ənənəvi dekorativ-tətbiqi sənət nümunələrindən biri olan gil küpələrin bədii tərtibatında iştirak edərək nəzəri biliklərini praktik bacarıqlarla birləşdiriblər. Rəng və naxışlardan istifadə etməklə məmulatlara estetik görünüş verilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu fəaliyyət tələbələrin yaradıcılıq bacarıqlarının və estetik zövqünün inkişafına xidmət edib.
Hazırlanan əl işləri hesabat təcrübəsinin yekununda kollecə təqdim olunacaq.