Tələbələrimiz WUF13 — Ümumdünya Şəhərsalma Forumunda iştirak edərək müxtəlif ölkələrdən olan insanlarla tanış olmuş, yeni bilik və təcrübələr qazanaraq unudulmaz anlar yaşamışlar. 
Bu möhtəşəm beynəlxalq platformada gənclərimizin ölkəmizi layiqincə təmsil etməsi, fərqli xalqlarla ünsiyyət qurması və qlobal müzakirələrin bir parçasına çevrilməsi bizim üçün böyük qürur mənbəyidir. 
Yeni dostluqlar, dəyərli təcrübələr və maraqlı xatirələrlə zəngin olan bu forum tələbələrimizin yaddaşında uzun müddət xüsusi yer tutacaq