WUF13 — Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və iki ildən bir keçirilən Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum) 13-cü sessiyası keçirilmişdir.
Forum dayanıqlı urbanizasiya sahəsində dünyanın ən nüfuzlu qlobal konfranslarından biri hesab olunur.
WUF13 17–22 may 2026-cı il tarixlərində Azərbaycan Hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə Bakı şəhərində baş tutur.
Tələbələrimiz də bu mötəbər beynəlxalq forumda fəal iştirak edərək həm bilik və təcrübələrini artırır, həm də vaxtlarını səmərəli və yaradıcı şəkildə dəyərləndirirlər.