ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, qabaqcıl təhsil işçisi və RM Art Studio-nun rəhbəri Rəsmiyyə Mahmudova kollecin istedadlı tələbələri — (Rəng 25/02) Qızqayıt Mütəllimova, Fidan Teymur və (DTS 25/02) Samirə Xuduzadə ilə birlikdə Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan beynəlxalq tədbirdə uğurla iştirak etmişdir.
Tədbir çərçivəsində tələbələrin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunmuş, eyni zamanda dekorativ-tətbiqi sənət üzrə ustad dərsləri keçirilmişdir. Sərgilənən əsərlər və yaradıcı təqdimatlar həm yerli, həm də xarici qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.
Tədbir iştirakçılarına milli dekorativ-tətbiqi sənət nümunələri hədiyyə edilmiş, qonaqlarla xatirə şəkilləri çəkdirilmişdir.
Bu uğurlu iştirak Azərbaycan gəncliyinin yaradıcılıq potensialının, milli incəsənətimizin və mədəni dəyərlərimizin beynəlxalq platformada layiqincə təqdim olunmasının bariz nümunəsidir.
Həmin tədbirdən maraqlı və yaddaqalan görüntüləri sizə təqdim edirik.