ADPK-nın ən son xəbərləri, tədbirləri və elanları
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbələr arasında ilk həmkarlar təşkilatının sədri seçilib. Açıq səsvermənin nəticələrinə əsasən, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının I kurs tələbəsi Elgün Nəsibzadə səs çoxluğu ilə sədr seçilib.
19-20 noyabr 2026-cı il tarixlərində, saat 14:30-da ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Joy Center For Child Development” MMC-nin təşkilatçılığı ilə “Bilik dəyişməyin açarıdır” layihəsi çərçivəsində iki günlük təlim keçiriləcək.
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu tədris binasında Humanitar və sosial fənlər FBK-nın təşkilatçılığı ilə “Milli dirçəlişdən müstəqilliyə” mövzusunda dəyirmi masa keçirilib.
18 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Pedaqogika-Psixologiya” FBK-nın təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Məktəbəqədər təhsil müəssisələrində uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib.
17 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Rəqəmsal Zəka və Süni İntellekt Klubu” çərçivəsində növbəti maarifləndirici görüş təşkil olunub.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İncəsənət və dizayn” FBK-nın müəllimi Sevinc Babaxanova “525-ci qəzet”in “Bir rəsmin dedikləri” rubrikasında Edqar Deqanın “Şlyapa mağazası” və “Yeni Orleanda pambıq ticarət ofisi” əsərləri haqqında müsahibə verib.
Uşaq Hüquqları Aylığı çərçivəsində psixoloq Aytən Orucovanın təşəbbüsü ilə İnformasiya texnologiyaları və sosial xidmətlər şöbəsinin tələbələri “Bir hekayə, bir hüquq” layihəsi üzrə hüquqlara dair rəqəmsal təsvirlər yaradıblar.
17 Noyabr – Milli Dirçəliş Günümüz mübarək!
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İncəsənət və dizayn” fənn birləşmə komissiyasının sədri Emil Ağayev və müəllim Sevinc Babaxanovanın həmmüəllifliyi ilə “XVII əsr Flamand təsviri sənət tarixi” adlı dərs vəsaiti nəşr olunub.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Dekorativ tətbiqi sənət” ixtisası üzrə məzunları Fidan Əhmədova və Minayə Məcnunova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında eyni ixtisas üzrə təhsillərini davam etdirirlər.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbələrin ingilis dili üzrə danışıq bacarıqlarının inkişafı məqsədilə “Introducing Yourself” (Özünü təqdimetmə) mövzusunda “Conversation Club” keçirilib.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xarici dil müəllimi Ləman Abışovanın “Zəfər Gününü gələcək nəsillərə ötürən vətənpərvərlik dərsləri” adlı elmi məqaləsi beynəlxalq IQRO Journal jurnalında işıq üzü görüb.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Rəng 22/01SB qrupunun məzunu Sadıxova Fidan Fuad qızı Türkiyənin İzmir şəhərindəki Yaşar Universitetinin Kommunikasiya fakültəsində Yeni media və kommunikasiya ixtisası üzrə ali təhsilini davam etdirir.
20 Nov, 2026
19 Nov, 2026
19 Nov, 2026
19 Nov, 2026
18 Nov, 2026