İclas və görüşlər

Elgün Nəsibzadə ADPK Tələbə Həmkarlar Təşkilatının sədri seçilib

K
Kontent Meneceri
12 Nov, 2026 90 baxış
Elgün Nəsibzadə ADPK Tələbə Həmkarlar Təşkilatının sədri seçilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbələr arasında ilk həmkarlar təşkilatının sədri seçilib. Açıq səsvermənin nəticələrinə əsasən, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının I kurs tələbəsi Elgün Nəsibzadə səs çoxluğu ilə sədr seçilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) ittifaq üzvü olan tələbələr arasında ilk həmkarlar təşkilatının sədri vəzifəsinə seçkilər keçirilib.


Tədbirdə ADPK-nın direktoru Amalya Sezgin, ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, qonaq qismində iştirak edən ETİHİ Respublika Komitəsinin İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi Müslüm İsmayılov, kollecin ilk həmkarlar təşkilatının sədri Svetlana Əhmədova, eləcə də təhsil müəssisəsinin pedaqoji heyəti və tələbələri iştirak ediblər.


Çıxışlardan sonra tələbələr arasında açıq səsvermə keçirilib. Seçkinin nəticələrinə əsasən, ümumi orta təhsil bazasından (9 illik) bu il kollecə qəbul olan, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının I kurs tələbəsi Elgün Nəsibzadə səs çoxluğu ilə ADPK Tələbə Həmkarlar Təşkilatının sədri seçilib.


Tədbirin sonunda çıxış edən Elgün Nəsibzadə bu yüksək etimada görə həmkarlarına dərin təşəkkürünü bildirib və tələbələrin hüquqlarının müdafiəsi, onların sosial təşəbbüslərinin reallaşdırılması və kollecin ictimai həyatının daha da canlandırılması üçün var gücü ilə çalışacağını vurğulayıb.


Gənc sədr Elgün Nəsibzadəni təbrik edir, ona təhsilində və yeni başladığı məsuliyyətli ictimai fəaliyyətində yeni-yeni nailiyyətlər, tükənməz enerji və uğurlar arzulayırıq.

Fotoqalereya (4)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası