Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin 15 fevral 2005-ci il tarixli, 41 nömrəli Sərəncamına əsasən, ölkədə ali və orta ixtisas təhsili müəssisələrində gənclərlə işin səmərəli təşkili məqsədilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır.
Azərbaycan Dövlət Pedaqoji Kollecində Tələbə Gənclər Təşkilatı 2007-ci ildən fəaliyyət göstərir. Hazırda təşkilata Zəhra Musayeva rəhbərlik edir. TGT – ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai birliyidir. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyası, mövcud qanunvericilik, Təhsil Nazirliyinin normativ sənədləri və öz əsasnaməsi əsasında fəaliyyət göstərir.
TGT-nin əsas missiyası dövlət gənclər siyasətinin həyata keçirilməsinə dəstək vermək, tələbələrin hüquq və maraqlarını müdafiə etmək, onların bilik, bacarıq və yaradıcılıq potensialını üzə çıxarmaq və cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına təkan verməkdir.
Fəaliyyət istiqamətləri
Vətənpərvərlik və milli dəyərlər ruhunda tərbiyə işinin təşkili
Tələbələrin sosial, psixoloji və hüquqi məsələlərinə dair maarifləndirmə tədbirləri
Asudə vaxtın səmərəli təşkili, istedad və yaradıcılığın inkişafı
İdman və sağlam həyat tərzinin təbliği, yarışların və aksiyaların təşkili
Elmi, mədəni və intellektual tədbirlərin (seminar, təlim, forum, simpozium, müsabiqə və s.) keçirilməsi
Respublika və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə tələbələrin iştirakının təmin edilməsi
Təşkilatın nəzdində fəaliyyət göstərən klublar
İdman klubu
Sağlam həyat tərzi və bədən tərbiyəsi təşviq olunur.
Xeyriyyə klubu
Humanitar layihələr, sosial dəstək təşəbbüsləri.
Kitab klubu
Mütaliə mədəniyyətinin təşviqi, müzakirə görüşləri.
Debat klubu
Tənqidi düşüncə və natiqlik bacarıqlarının inkişafı.
İncəsənət klubu
Yaradıcılıq, rəssamlıq və musiqi fəaliyyətləri üçün imkanlar yaradır.
TGT ailəsinə qoşul!
TGT kollec həyatını daha rəngarəng, faydalı və mənalı edən əsas strukturlardan biridir. Gənclər burada yalnız oxumaqla kifayətlənmir, həm də cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin bir parçasına çevrilirlər.