Şəhidlərimiz

Vətən uğrunda şəhid olan məzunlarımızın xatirəsi

"Şəhid olmaq bir son deyil, ölümsüzlüyün başlanğıcıdır. Onlar bu torpağın ürəyindədir, xatirələrinin işığında yaşayırlar."

Bu səhifə vətənimiz Azərbaycan uğrunda canlarından keçən ADPK məzunlarına həsr edilmişdir. Ruhları şad olsun.

🕯️

Şərəf Divarı

🕯️

Aşağıda adları qeyd olunan qəhrəmanlarımız ADPK-nın məzunlarıdır. Qəhrəmanlıqları heç vaxt unudulmayacaq.

İlkin Ağaquliyev

İlkin Saməddin oğlu Ağaquliyev

Fiziki Tərbiyə müəllimliyi · 2017

4 oktyabr 2000-ci ildə Dəvəçi şəhərində doğulub. 2017-ci ildə ADPK-ya qəbul olub. 2020-ci il oktyabrın 18-də Suqovuşan istiqamətindəki döyüşlərdə şəhid olub. Şabran Şəhidlər Xiyabanında dəfn olunub.

Vətən uğrunda Suqovuşanın azad olunmasına görə
18 oktyabr 2020 · Suqovuşan
Tapdıq Ağayev

Tapdıq Ağayev

Sənaye-Pedaqoji Kollec məzunu · 2010

2 dekabr 1990-cı ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu idi. 2020-ci il oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Tüntül kəndində dəfn olunub.

Vətən uğrunda Füzulinin azad olunmasına görə Cəsur döyüşçü
8 oktyabr 2020 · Füzuli
Müşfiq Nəsirov

Müşfiq Nəsirov

Fiziki Tərbiyə müəllimliyi · 2020

4 sentyabr 2002-ci ildə Quba rayon Suxtakələ kəndində anadan olub. ADPK-nın Fiziki Tərbiyə müəllimliyi ixtisasının 1-ci kurs tələbəsi idi. 21 dekabr 2021-ci ildə komandirinin tapşırığını icra edərkən qəhrəmancasına şəhid olub. Doğma kəndində dəfn edilib.

21 dekabr 2021 · Quba rayonu
Cilingir Nəbiyev

Cilingir Nəbiyev

Texnologiya müəllimliyi · 2013–2015

1 sentyabr 1996-cı ildə Tovuz rayonunun Şıxheybət kəndində anadan olub. Azərbaycan Ordusunun giziri idi. Ailəli idi, bir oğlu yadigar qaldı. 27 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.

Vətən uğrunda Füzulinin azad olunmasına görə Cəbrayılın azad olunmasına görə Xocavəndin azad olunmasına görə
27 oktyabr 2020 · Qubadlı
Arəstə Baxışova

Arəstə Baxışova

İngilis dili · 2004–2008

4 may 1989-cu ildə Xaçmaz şəhərində anadan olub. ADPK-nın İngilis dili ixtisası məzunudur. Azərbaycan Ordusunun hərbi feldşeri olaraq yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. 23 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.

Vətən uğrunda
23 oktyabr 2020 · Qubadlı

Allah rəhmət eləsin. Yatdıqları yer nur olsun.

Şəhidlərimizin xatirəsi ADPK-nın tarixinə əbədi yazılmışdır. Onlar yaşadılar, vuruşdular, şəhid oldular — amma heç vaxt ölmədilər.