Missiyamız

Kollecin missiya, vizyon və dəyərləri

ADPK-nın Vizyonu

Bəşəriyyət və ölkəyə faydalı, bilikləri ilə gələcəyə istiqamət verən yenilikçi məzunlar yetişdirən kollec olmaq.

ADPK-nın Missiyası

Sosial məsuliyyət şüuru ilə problemlərə həssaslıqla yanaşan, etik dəyərlərə riayət edən, şəxsi və peşəkar sahədə daim yenilənən şəxsiyyətlər yetişdirmək.

ADPK-nın Əsas Dəyərləri

Təşkilati etika
ADPK daim fəaliyyətində akademik və peşə etikasını qoruyur, işçi və tələbə kontingentinin hüquqlarına, fikirlərinə hörmətlə yanaşır.
İştiraklılıq
Qərarvermənin bütün mərhələlərində maraqlı tərəflərin iştirakı.
Keyfiyyətlilik
Bütün fəaliyyətlərdə — təhsil, tərbiyə, təhsilalan və təhsilverən münasibətlərində yüksək keyfiyyət əldə etməyə çalışmaq.
Cəmiyyət mənafeyini düşünmək
Təhsil millətin gələcəyidir prinsipi ilə yanaşaraq daim cəmiyyətin mənafeyini qorumaq.
İnnovativlik
Daim yeniliklərə açıq olmaqla, dəyişməkdən və inkişaf etməkdən çəkinməmək.
Əməkdaşlıq
Bütün dəyərlərə əməl etməklə ümumi məqsədlər naminə müvafiq tərəfdaşlarla əməkdaşlıq etmək.

ADPK-nın Hədəfləri

1

Əmək bazarının tələblərinə uyğun məzunlar hazırlamaq və nəticədə yüksək göstəricili tələbə qəbulu səviyyəsini artırmaq.

2

Təhsilalanlarda texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək bacarıqları formalaşdırmaq.

3

Təhsilin keyfiyyətini yüksəltməklə ixtisaslı məzunlar yetişdirmək.

4

İnnovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması.

5

Ehtiyac duyulan sahələrdə ixtisaslı pedaqoji heyətin sayını artırmaq.

6

Müasir standartlara cavab verən pedaqoji heyət formalaşdırmaq.

7

Müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi.

8

Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.

9

Bütün səviyyələrdə effektiv ünsiyyəti dəstəkləyən şəffaf mühit yaratmaq.

10

İxtisaslara uyğun olaraq öyrənmə mühitinin formalaşdırmaq.

11

Müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.

12

İnteqrasiya olunmuş yanaşma ilə öyrənmə və tədris, tədqiqat və innovasiyanın qarşılıqlı əlaqəsini təkmilləşdirmək.

13

Tələbə və müəllimlərin şəxsi və peşəkar inkişafına dəstək olmaqla kollecdən məmnunluğu artırmaq.

14

Peşəkar inkişaf mədəniyyətini, əqli, fiziki və emosional sağlamlığın davamlı tarazlığını təşviq etmək.

15

Davamlı proseslərin təkmilləşdirilməsi mədəniyyətini formalaşdırmaq.

16

Yerli və beynəlxalq səviyyədə mübadilə proqramlarına qoşulmaq, sənaye ilə münasibətləri inkişaf etdirmək.

17

Tələbə və işçilərdə kooperativ mədəniyyəti formalaşdırmaq.

18

Tələbəyönümlü fəaliyyət göstərməklə, müasir dövrün tələbələrinin kollec məmnunluğunu artırmaq.

19

Kollec həyatının bütün aspektlərində müxtəlifliyi və inklüzivliyi təşviq etmək və qorumaq.