Xəbərlər

“Məktəbəqədər təhsil müəssisələrində uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib

K
Kontent Meneceri
19 Nov, 2026 22 baxış
“Məktəbəqədər təhsil müəssisələrində uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib

18 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Pedaqogika-Psixologiya” FBK-nın təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Məktəbəqədər təhsil müəssisələrində uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib.

18 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Pedaqogika-Psixologiya” fənn birləşmə komissiyasının təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində Sosial iş və Fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə “Məktəbəqədər təhsil müəssisələrində uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib.


Tədbirdə uşaqların hüquqlarının qorunması, təhlükəsiz və sağlam mühitdə böyüməsi, pedaqoji prosesdə hüquq və azadlıqlarının təmin olunması müzakirə edilib. Tələbələr mövzu ətrafında fikir mübadiləsi apararaq suallarını ünvanlayıblar.


Dəyirmi masa gələcək mütəxəssislərin hüquqi biliklərinin artırılmasına və uşaqlara qarşı məsuliyyətli yanaşmanın formalaşmasına töhfə verib.

Fotoqalereya (6)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası