“Təbiəti sevənlər” klubunun TİT 26/03 qrupunun üzvləri fəaliyyət planına uyğun olaraq təbiətə və coğrafiyaya marağın artırılması məqsədilə əyani vəsaitlər hazırlayıb, Azərbaycanın maddi və mədəni irs nümunələrini əks etdirən rəsmlər çəkiblər.
“Təbiəti sevənlər” klubunun TİT 26/03 qrupunun üzvləri fəaliyyət planına uyğun olaraq növbəti maarifləndirici və yaradıcı işlər həyata keçiriblər.
Tələbələr təbiətə və coğrafiyaya marağın artırılması məqsədilə müxtəlif əyani vəsaitlər hazırlayıb, Azərbaycanın maddi və mədəni irs nümunələrini əks etdirən rəsmlər çəkiblər.
Bu fəaliyyətlər tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafına, eyni zamanda Azərbaycanın zəngin folkloru, adət-ənənələri, maddi və qeyri-maddi irs nümunələri ilə daha yaxından tanış olmalarına töhfə verib.
Klub üzvləri gələcəkdə də təbiətin qorunması və öyrənilməsi istiqamətində müxtəlif maarifləndirici tədbirlər həyata keçirməyi planlaşdırırlar.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası