Tədbirlər

“Conversation Club”: ingilis dilində danışıq bacarıqları inkişaf etdirilir

K
Kontent Meneceri
16 Nov, 2026 29 baxış
“Conversation Club”: ingilis dilində danışıq bacarıqları inkişaf etdirilir

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbələrin ingilis dili üzrə danışıq bacarıqlarının inkişafı məqsədilə “Introducing Yourself” (Özünü təqdimetmə) mövzusunda “Conversation Club” keçirilib.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbələrin ingilis dili üzrə danışıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Conversation Club” (Danışıq Klubu) keçirilib. Görüşün mövzusu “Introducing Yourself” (Özünü təqdimetmə) olub.


Görüş zamanı tələbələr ingilis dilində özlərini təqdim edib, bir-birlərini daha yaxından tanıyıb, maraqları, hobbiləri və gündəlik həyatları haqqında fikir mübadiləsi aparıblar. Həmçinin müxtəlif qrup tapşırıqlarında fəal iştirak edərək ingilis dilində ünsiyyət bacarıqlarını təkmilləşdiriblər.


Səmimi və interaktiv şəraitdə baş tutan görüş tələbələrin dil biliklərinin möhkəmləndirilməsi, özünəinamlarının artırılması və sərbəst ünsiyyət bacarıqlarının inkişafı baxımından faydalı olub.

Fotoqalereya (4)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası