ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu tədris binasında “12 Noyabr – Konstitusiya Günü” və “17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Konstitusiyanın dövlətçilik tarixindəki rolu, vətəndaş hüquqları və Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti müzakirə olunub.
11 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu tədris binasında Humanitar və sosial fənlər fənn birləşməsinin təşkilatçılığı ilə “12 Noyabr – Konstitusiya Günü” və “17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.
“Qəhrəmanlıq zirvəsi” otağında keçirilən tədbirin moderatoru Könül Hüseynova olub. Dəyirmi masada müəllimlər və tələbələr iştirak ediblər.
Müzakirələr zamanı Konstitusiyanın dövlətçilik tariximizdəki rolu, vətəndaş hüquqları, milli azadlıq hərəkatı və Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Tədbirin əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunu, milli özünüdərki və hüquqi düşüncəni gücləndirmək olub.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası