Tədbirlər

Frans Kafkanın “Çevrilmə” əsəri sosial iş aspektindən təhlil olunub.

K
Kontent Meneceri
12 Nov, 2026 38 baxış
Frans Kafkanın “Çevrilmə” əsəri sosial iş aspektindən təhlil olunub.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin kitabxanasında Frans Kafkanın “Çevrilmə” əsərinin sosial iş aspektindən təhlilinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir “Humanizm” sosial iş klubunun 2026–2027-ci tədris ilində təşkil etdiyi ilk tədbir olub.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin kitabxanasında 13 noyabr 2026-cı il tarixində Frans Kafkanın “Çevrilmə” əsərinin sosial iş aspektindən təhlilinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masa Humanitar və sosial fənlər fənn birləşmə komissiyasının sədri və kitabxana müdirinin birgə təşkilatçılığı ilə baş tutub. Dəyirmi masa “Humanizm” sosial iş klubunun 2026–2027-ci tədris ilində təşkil etdiyi ilk tədbir olub.


Dəyirmi masada kollecin tələbələri və müəllimləri iştirak ediblər. Müzakirələr zamanı Frans Kafkanın əsərində əks olunan sosial təcrid, ailədaxili münasibətlər, insan ləyaqəti və sosial dəstək məsələləri sosial işin nəzəri və etik prinsipləri baxımından təhlil olunub. İştirakçılar insanın sosial dəyəri, həssas vəziyyətdə olan şəxslərə münasibət və cəmiyyətin bu istiqamətdə məsuliyyəti barədə fikir mübadiləsi aparıblar.


Dəyirmi masanın əsas məqsədi tələbələrdə bədii əsərlərə sosial iş prizmasından yanaşma bacarığını formalaşdırmaq, empatiya, tənqidi düşünmə və peşəkar təhlil vərdişlərini inkişaf etdirmək olub. Müzakirələr tələbələrin sosial problemlərə daha həssas yanaşmasına, peşəkar dünyagörüşlərinin və etik düşüncə bacarıqlarının zənginləşməsinə töhfə verib.

Fotoqalereya (9)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası