ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İncəsənət və dizayn” fənn birləşmə komissiyasının sədri Emil Ağayev və müəllim Sevinc Babaxanovanın həmmüəllifliyi ilə “XVII əsr Flamand təsviri sənət tarixi” adlı dərs vəsaiti nəşr olunub.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İncəsənət və dizayn” fənn birləşmə komissiyasının sədri Emil Ağayev və müəllimi Sevinc Babaxanovanın həmmüəllifliyi ilə “XVII əsr Flamand təsviri sənət tarixi” adlı dərs vəsaiti nəşr olunub.
Dərs vəsaitində XVII əsr Flamand təsviri sənətinin səciyyəvi xüsusiyyətləri, inkişaf istiqamətləri, dövrün bədii-estetik ənənələri və tanınmış rəssamlarının yaradıcılığı ətraflı şəkildə təqdim edilib. Nəşr müvafiq sahə üzrə biliklərin sistemləşdirilməsi, tələbələrin təsviri sənət tarixinə dair nəzəri biliklərinin zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Dərs vəsaitinin elmi və metodiki redaktoru ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Tədris” şöbəsinin müdiri, Qabaqcıl təhsil işçisi Xanımqız Rüstəmovadır.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası