ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Rəng 22/01SB qrupunun məzunu Sadıxova Fidan Fuad qızı Türkiyənin İzmir şəhərindəki Yaşar Universitetinin Kommunikasiya fakültəsində Yeni media və kommunikasiya ixtisası üzrə ali təhsilini davam etdirir.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Rəng 22/01SB qrupunun məzunu Sadıxova Fidan Fuad qızı hazırda Türkiyənin İzmir şəhərində yerləşən Yaşar Universitetinin Kommunikasiya fakültəsində Yeni media və kommunikasiya ixtisası üzrə ali təhsilini davam etdirir.
O, təhsil aldığı müddətdə müasir kommunikasiya texnologiyaları, rəqəmsal media, media məzmununun hazırlanması və idarə olunması, eləcə də yeni media platformalarının kommunikasiya prosesində rolu ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirir.
Məzunumuzun xarici ölkədə ali təhsilini davam etdirməsi onun akademik və peşəkar inkişafı baxımından əhəmiyyətli nailiyyət olmaqla yanaşı, kollecdə qazandığı bilik və təcrübənin növbəti təhsil mərhələsində uğurla davam etdirilməsinin göstəricisidir.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası