Peşəkar inkişaf

Kollecin müəllimi Ləman Abışovanın elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

K
Kontent Meneceri
13 Nov, 2026 40 baxış
Kollecin müəllimi Ləman Abışovanın elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xarici dil müəllimi Ləman Abışovanın “Zəfər Gününü gələcək nəsillərə ötürən vətənpərvərlik dərsləri” adlı elmi məqaləsi beynəlxalq IQRO Journal jurnalında işıq üzü görüb.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xarici dil müəllimi Ləman Abışovanın “Zəfər Gününü gələcək nəsillərə ötürən vətənpərvərlik dərsləri” adlı elmi məqaləsi beynəlxalq IQRO Journal jurnalının 2026-cı il nəşrində (976–982-ci səhifələr) işıq üzü görüb.


Məqalədə Zəfər Gününün tarixi əhəmiyyəti, milli yaddaşın qorunması, vətənpərvərlik ruhunun aşılanması, eləcə də gələcək nəsillərdə milli-mənəvi dəyərlərin formalaşdırılmasında təhsilin rolu geniş şəkildə təhlil olunub.


Ləman Abışovanı bu əlamətdar elmi uğuru münasibətilə təbrik edir, ona gələcək elmi-pedaqoji fəaliyyətində davamlı uğurlar və yeni nailiyyətlər arzulayırıq!

Fotoqalereya (9)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası