ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yaz imtahan sessiyasına start verilib.
İmtahanlar müasir texnologiyaların tətbiqi ilə elektron formatda keçirilir. Bu sistem şəffaflığın, obyektiv qiymətləndirmənin və akademik dürüstlüyün təmin olunmasına xidmət edir.
Əziz tələbələr, qarşıdan gələn imtahanlarda hər birinizə uğurlar, yüksək nəticələr və özünüzə inam arzulayırıq.
Bilik və zəhmətinizin bəhrəsini görəcəyiniz, uğurlarla dolu bir imtahan sessiyası keçirməyinizi diləyirik!