Yüksək Qızlar Liqasında mübarizə aparan “Təhsil” komandası peşəkar səviyyədə çıxışını davam etdirir. Komandanın heyətində “Fiziki tərbiyə müəllimliyi” ixtisasının FTM 24/02 qrup tələbələri Babazadə Nuray və Babazadə Gülay da yer alır.
Komandanın əsas məqsədi Azərbaycan çempionatında yüksək nəticələr əldə edərək ölkə çempionu olmaq və bu nəticə ilə UEFA Qadınlar Çempionlar Liqasında ölkəni layiqincə təmsil etməkdir.
“Təhsil” komandası hazırlıq prosesində intizamlı yanaşma, güclü komanda ruhu və davamlı inkişaf prinsiplərinə üstünlük verir. Komandanın hədəfi qadın futbolunun inkişafına töhfə vermək, gənc idmançılar üçün nümunə olmaq və Azərbaycan futbolunun beynəlxalq arenada tanıdılmasına dəstək göstərməkdir.